Bakirə gəlinlə bağlı - ŞOK TƏFƏRRÜATLAR


23:01     12 İyun 2015 photo_31022.jpg

Mətbuatda xəbər verildiyi kimİ, ötən gün Tovuz rayonunda gəlin toyunun səhəri gün intihar edib.


Femida.az-ın verdiyi məlumata görə, Ötən gün Tovuz rayonunun Bozalqanlı kəndində baş verən intihar hadisəsi haqda sizə xəbər vermişdik.

1997-ci il təvəllüdlü Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq səhər saatlarına qədər şəhərin naməlum ərazilərində gizlənərək səhər saat 9- radələrində Tovuz rayonun mərkəzi bazarının yaxınlığında yerləşən təxminən 10-12m hündürlüyündə dəmir yolu xəttinin üzərində yerləşən körpüdən özünü ataraq intihar edib. Mərhum aldığı ağr xəsarətlərlə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Kəndin həkiminin bölgə müxbirimizə verdiyi məlumata görə, Mərhum Aytən Nəzərova toydan təxminən 1 ay əvvəl həyat yoldaşı 25 yaşlı Amin Qasımov tərəfindən rayonun Düz Cırdaxan kəndinə ana babası Məhəmməd Abbasovun evinə qaçırılıb və 27 gün o evdə saxlanılıb. El adətincə ailələr arasında barışıq olub, toy günü də iyun ayının 10-na müəyiyənləşib.

Hadisənin səbəbi aydın olub

Toy gecəsi oğlan anası Şəhri Qasımovaya oğlan yengəsi tərəfindən, həmçinin oğlu Amin Qasımov tərəfindən gəlinin bakirə olmaması ilə bağlı məlumat verilib, elə münaqişə də buradan başlayıb, Şəhri Qasıovanın dediyinə görə, bu haqda qızın ailəsinə də məlumat verilib və onunlar oğlan evinə dəvət olunublar. Lakin onlar gələnə qədər qız artıq evdən qaçmış olur.

Bəyin anası Şəhri Qasımovanın dediyinə görə, qız bakirə olmayıb. Amin Qasımov isə qızın həqiqətən bakirə olmadığını təsdiq edir. Amin Qasımov mərhumun həyat yoldaşı.

Bu gün torpağa tapşırılan Aytən Nəzərovanın anası Sima Tanırverdiyeva isə bildirir ki, onun qızı bu ailədə razılıqla qəbul olunmayıb və hadisədə bu səbəbdən baş verib.

Qeyd edək ki, qonşular da Aytən Nəzərovanın ədəb ərkanlı tərbiyəli qız olmasını təsdiq etdirlər.

Artıq hadisə ilə bağlı Tovuz rayon Prokrorluğunda araşdırmalara başlanılıb. Prokrorluqdan aldığımız məlumata görə, əslində Aytən Nəzərova oğlan evinin iddia etdiyi kimi deyil, cəsədin müyinəsindən sonra məlum olub ki, o bakirədir və qız qaçarkən özü ilə heç bir qızıl əşyası və pul götürməyib. Faktla bağlı cinayət işi qaldırılıb.

Açar sözlər:

Oxunub: 1137