“Mən mələyəm”, - deyib qadının pullarını aldı (VİDEO)


20:16     13 Aprel 2016 melek.PNG

Türkiyədə dələduzluq son illər əsl pul qazanmaq metoduna çevrilib. Üstəlik kimisə aldatmaq üçün Şerlok Holmes olmağa gərək yoxdur.

Nədənsə Türkiyədə aldadılmaq üçün münasib şərait də var.

Dələduzlar indi də mələkləri işin içinə qatıb.

Türkiyənin Show tv kanalının xəbərinə görə, bir qadın mələk olduğunu söyləyən birinə inanıb onu evə dəvət edir, sonra isə övladı üçün topladığı pulun tamamını mələk zənn etdiyi həmin qadına verir.



Aldadıldığını anlamayan qadın bildirir ki, onun dediklərini olduğu kimi icra edirmiş: “Mənə dedi ki, “qızım, mən mələyəm, mənə inan. Sonra isə pulun yerini ona dedim və övladım üçün topladığım bütün pulu ona verdim”.




Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2827