İİV-ə yoluxanların sayı açıqlanıb


20:50     14 Aprel 2016 iiv.jpg

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxan insanların sayı 125 nəfər olub.


Femida.az-ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi hesabatda əksini tapıb. İİV-ə yoluxanlardan 121-i Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbidir. Eyni zamanda 125 nəfər İİV-li şəxslərin 31-i inyeksion narkotik istifadəçisi olub. Onların da 24 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüb, qalanları isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlanıb və orada müşahidə olunur.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı 1988-ci ildən 2016-cı ilin I rübünədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5754 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxması təsdiq olunmuş 5754 nəfərdən 2838 İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2027 nəfər dispanser qeydiyyatındadır.

Açar sözlər:

Oxunub: 574


Oxşar xəbərlər