Tahir Əkbərin 70 illiyi qeyd olunacaq


21:58     14 Aprel 2016 tahir.jpg

18 aprel saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan, Görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi Tahir Əkbərin 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.


Femida.az-ın verdiyi xəbərə görə, tədbir Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan, 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə qəbul edilib, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Açar sözlər:

Oxunub: 953