Corabından psixatrop maddə çıxdı


14:38     15 Aprel 2016 corabindan%20psxotrop.jpg

Corabın içərisində şəffaf selofanda psixatrop maddə aşkar edilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf selofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixatrop maddə- metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1054