Ruhani sabah Ankaraya gedir


19:35     15 Aprel 2016 ruhani_main.jpg

İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində iştirak etmək üçün İstanbulda olan İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah rəsmi səfərə gedəcək.


Femida.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində hər iki liderin başçılığı ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının III iclası keçiriləcək.

Görüşlərdə ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq aktual mövzuların müzakirə edilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1494