İnformasiya müharibəsi: Sosial şəbəkələr döyüş meydanına çevrilir


15:42     14 Aprel 2015 informasiya%20muharibesi.jpg

ABŞ büdcəsindən maliyyələşən “Azadlıq” radiosunun Çexiya ofisinin bazasında rəqəmsal media departamenti yaradılacaq.

AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, yeni departamentin məqsədi “Rusiya media sferasında dezinformasiya” ilə mübarizə olacaq.

Yeni qurumun “Facebook”, “Twitter”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərəcəyi gözlənilir. Rusiya ilə informasiya müharibəsində əsas silah orijinal proqramlar və siyasi satira olacaq.

Yeni qurumun yaradılması haqqında informasiya ABŞ hökumət təşkilatı olan yayım məsələləri üzrə başçılar şurasının (Broadcasting Board of Governors, BBG) materiallarında göstərilir. Növbəti maliyyə ilə əlaqədar ABŞ prezidenti adından Konqressə göndərilən ərizədə “Qısasçı Rusiyaya əks təsir” adlı bölmə də var. Layihəyə 15,6 milyon dollar xərclənəcəyi gözlənilir.

ABŞ-ın Beynəlxalq KİV-i postsovet məkanı, Avropa və Dünya ölkələrində rus və rusdilli əhaliyə istiqamətlənən “Rusiya hökumətinin informasiya təzyiq”i ilə mübarizədə əsas hərəkətverici qüvvə adlandırılıb. Eyni zamanda Avropa ölkələrinin “ABŞ maraqları üçün həyatı əhəmiyyət kəsb edən ölkələr” olduğu vurğulanıb.

Klassik sosial şəbəkələrdə mübarizə ilə yanaşı komanda yeni auditoriyanı cəlb etmək üçün “WhatsApp” menecerindən də istifadə etmək niyyətindədir.

Açar sözlər:

Oxunub: 527