“Qırmızı Xaç”dan şəhidimizlə bağlı Açıqlama


16:01     16 Aprel 2016 qizil%20xac5.jpg

Ermənistan mətbuatı aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Lakin onun rütbəsi və adı barədə heç bir məlumat verilməyib.


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova Femida.az-a açıqlamasında xəbərdən məlumatlı olduğunu bildirib.

“Biz tərəflərlə dialoq aparırıq. Amma bu dialoqun mövzusu ictimaiyyət üçün açıqlanmır”, - deyə İ.Hüseynova qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.

Bildirilib ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Açar sözlər:

Oxunub: 1635