Nazirlik: Xaricdə təhsil proqramı dayandırılmır


19:24     16 Aprel 2016 publika.az1460797753скачанные%20файлы.jpg

Xaricdə təhsilin dayandırılması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Sadəcə 2007-2015-ci illəri əhatə edən proqram başa çatıb.



Femida.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Nicat Musayev deyib.

O bildirib ki, proqram başa çatıb və bir il ərzində nəticələr təhlil ediləcək. Növbəti ildən yeni proqram hazırlanacaq. Yeni proqramda magistr və doktorantlara yer ayrılacaq.Bununla yanaşı, əcnəbi professorların təhsilimizə cəlbinə diqqət ayrılacaq.

N.Musayev bildirib ki, xaricdə təhsillə alanların sayı tibb ixtisasında üstünlük təşkil edir.

“Artıq xaricdə təhsil alan 1289 məzun hesabatlarını Təhsil Nazirliyinə təqdim edib.Onların 60%-i özəl, 40%-i isə dövlət işlərində çalışır”.

Açar sözlər:

Oxunub: 943