9 məhbus Səudiyyə Ərəbistana göndərilib


14:45     17 Aprel 2016 guantanamo-inmates-kneel--008.jpg

ABŞ doqquz Quantanamo məhbusunu Səudiyyə Ərəbistanına göndərib.


Femida.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata görə, məhbusların hamısı Yəmən vətəndaşıdır. Onların artıq ABŞ üçün təhlükə yaratmadığı bildirilir.

ABŞ-ın yaxın zamanda Liviya vətəndaşları olan daha 2 Quantanamo məhbusunu Seneqala göndərmək niyyətində olduğu qeyd olunur.

Açar sözlər:

Oxunub: 962