“Əfv qərarını alqışlayıram“ - Aqramunt


18:57     18 Aprel 2016 arqamunt5.jpg

“Mart ayının əvvəlində Bakıya səfərim zamanı Azərbaycan hökuməti məni əmin etmişdi ki, bəzi məhbusların azad edilməsi üçün lazımi tədbirlər həyata keçirəcək. Mənə verilmiş söz geniş miqyasda yerinə yetirildi".


Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib.

O, həmin şəxslərin azadlığa buraxılmasını alqışladığını bildirib.

"Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində nümayiş etdirdiyi xoşməramlı jestdir”, - deyə AŞPA sədri qeyd edib./apa/

Femida.az

Açar sözlər:

Oxunub: 812