Köçəryanın evinə qumbara atan şəxs tutuldu


03:12     19 Aprel 2016 45035_original.jpg

Xəbər verdiyimiz kimi, aprelin 16-da Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın evinə naməlum şəxs qumbara ataraq qaçıb. Hadisə baş verən zaman Köçəryan Moskvada “Sistema” səhmdar-maliyyə korporasiyasının idarə heyətinin konfransında iştirak edib. Onun ailə üzvlərindən heç kim xəsarət almayıb.

Femida.az Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polislər həmin şəxsi öz evində saxlayıblar. Onun 1984-cü il təvəllüdlü olduğu bildirilir.

O, öz günahını etiraf edib. Bu barədə Ermənistan polisi Aşot Aqaroynanın mətbuat xidmətindən bildirilib.

Açar sözlər:

Oxunub: 1597