QHT-lərə şad xəbər - Həbs götürüldü


16:56     19 Aprel 2016 bank_albom_2609154.jpg

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil olan daha üç QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb.


Bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-in toplantısında bildirib.

O qeyd edib ki, koalisiyaya cəmi 137 QHT daxildir. Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu.

"Əvvəl 5, dünən isə qalan 3 QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb", - deyə Ə. Nuriyev bildirib.

O əlavə edib ki, QHT-lərdən müsadirə olunmuş avadanlıqların da əksəriyyəti qaytarılıb: "Bəzi sənədlər qalır ki, onlar da yaxın vaxtlarda qaytarılacaq. QHT sədrlərinin ölkədən çıxışında da hər hansı problem yoxdur, onlar gömrük-keçid məntəqələrində əvvəlki kimi ciddi yoxlanılmayacaqlar"./apa/

Femida.az

Açar sözlər:

Oxunub: 1145


Oxşar xəbərlər