Dərslər nə vaxt bağlanacaq? – RƏSMİ (ÖZƏL)


18:02     19 Aprel 2016 306608f4c8f28644254fcf6138ffd850.jpg


Bu il orta məktəblərdə dərslərin hansı tarixdə yekunlaşacağı barədə müxtəlif şayələr dolaşır. Yayılan bəzi məlumatlara görə, dərslər mayın 31-dək davam edəcək.

Femida.az məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən Femida.az-ın sorğusuna cavab olara bildirildi ki, ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1940