İraqdan OPEK ölkələrinə çağırış


22:02     19 Aprel 2016 opec8.jpg

Əgər təşkilat daxilindəki ölkələr siyasi mövqeyini dəyişməzsə, OPEK neft hasilatının dondurulması barədə sazişin imzalanmasına nail olmayacaq.


Femida.az xəbər verir ki, bu sözləri İraq dövlət neft şirkəti SOMO-nun rəhbəri Fələh Əmir deyib.

“OPEK iyunda Vyanada baş tutacaq növbəti görüşə qədər hasilatın dondurulması barədə danışıqları davam etdirməlidir. Əgər razılaşma olmazsa, hasilatın artması ilə qiymətlər yenə düşəcək”.

Qeyd edək ki, aprelin 17-də 18 istehsalçı ölkə Qətərdə hasilatın dondurulması barədə razılığa gələ bilməyib. Növbəti görüş iyunda Vyanada baş tutacaq.

Açar sözlər:

Oxunub: 598