Sabah bu rayonlar qazsız qalacaq


23:35     19 Aprel 2016 təbii%20qaz4.jpg

Aprelin 20-də saat 10:00-dan 18:00-dək bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq.


Bu barədə “Azəriqaz” məlumat yayıb.

“Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq”, - deyə “Azəriqaz” dan qeyd ediblər.

Qurum xəbərdarlıq edir ki, aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 467