Zabratda evləri su basdı - VİDEO


04:37     20 Aprel 2016 211.jpg

Xəbər verdiyimiz kimi, Zabrat gölündə suyun səviyyəsinin artması ətrafdakı yaşayış yerlərini və Bakı İstintaq Təcridxanasını təhlükə altında qoyub. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası isə məsələ ilə əlaqədar aidiyyəti qurumlarına arayış hazırlayır.


Femida.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, gölün kənarında xeyli uçqun baş verib, evlərin zirzəmiləri su ilə dolub. Vəziyyətə görə bir çox evdə yaşayış yoxdur.

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara arayış hazırlanır.

Zabrat gölündə suyun səviyyəsinin qalxmasına ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub.



Femida.az

Açar sözlər:

Oxunub: 973