“Acından ölürük...” - Erməni əsgərin ailəsi etiraza başladı (FOTOLAR)


18:27     20 Aprel 2016 ermeni%20olu60.jpg

Ermənilər dövlətin diqqətsizliyindən şikayətlənir. Ölən hərbçilərin ailəsi ac qalır.

Femida.az erməni mətbuatına istinadən xəbər verir ki İşğal altında olan Azərbaycan torpaqlarında öldürülən erməni əsgərlərinin ailələrinin acı durumu Ermənistanda ciddi etirazlara səbəb olub. Ermənilər sosial şəbəkələr vasitəsi ilə Ermənistan dövlətinə və prezidentə etirazlarını bildiriblər. Onlar işğal olunmuş Azərbaycan torpağında öldürülən erməni əsgəri Kərəm Sloyanın fotosunu və yaşadığı evi paylaşaraq, “ Bu dövlət üçün ölmək mənasızdır” sözlərini yazıblar. Qarabağda öldürülən erməni əsgərinin ailəsi isə dövlətin onlara diqqət etmədiyini və övladının mənasız müharibənin qurbanı olduğunu bildirib. Buna görə də o ermənilərdən kömək üçün müraciət edib.

Xatırladaq ki, keçən həftə öldürülən erməni zabitinin ailəsi də oxşar addım atmışdır.

Femida.az öldürülən erməni əsgərinin və yaşadığı evin fotolarını təqdim edir.
















Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6452