Müsəlmanlardan vergi alına bilər - Almaniyada


19:38     20 Aprel 2016 almaniya%2011].jpg

Almaniya “Xristian Sosial İttifaqı” siyasi partiyasının deputatı Aleksander Radvan Almaniyada olan məscidlərin xarici ölkələr tərəfindən maliyələşdirilməsinə icazə verilməməsini gündəmə gətirib.


Femida.az “Süddeutsche Zeitung”-a istinadən xəbər verir ki, Radvan partiyanın sədri Andreas Şoyerin müsəlmanlar haqqında qanun lahiyəsi tələbinə dəstək verib.

O, Almaniyadakı məscidlərin xarici dövlətlər tərəfindən maliyyələşdirilməsinin qadağan edilməsi barədə qanun qəbul edilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, digər dövlətlərdən daxil olan pulla birlikdə xarici dəyərlər də ölkəyə gəlir.

Aleksander Radvan belə bir qanunun qəbul ediləcəyi təqdirdə məscidləri daxili vəsait hesabına maliyyələşdirmək lazım gələcəyini bildirib. Onun sözlərinə görə, bunu katolik və protestantlar üçün artıq mövcud olan kilsə vergisinin analoqu ilə təmin etmək olar.


Açar sözlər:

Oxunub: 1472


Oxşar xəbərlər