Nəqliyyatda yükdaşıma qiymətləri bahalaşıb


22:21     20 Aprel 2016 neqliyatsamir7.jpg

2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 45,1 faiz bahalaşıb. Bu barədə Femida.az-a Statistika Komitəsindən məlumat verilib.


Cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,8 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 3,1 və 3,0 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava nəqliyyatında 4,9 faiz, dəmir yolu nəqliyyatında 2,5 faiz, dəniz nəqliyyatında 2,1 faiz, avtomobil nəqliyyatında 0,9 faiz bahalaşıb, ölkədaxili yükdaşıma qiymətlərində isə dəyişiklik baş verməyib.

Açar sözlər:

Oxunub: 921