Savçenko Ukraynaya qaytarılır


04:05     21 Aprel 2016 savçenko2.jpg

Rusiya məhkəməsi ukraynalı pilot qadın Nadejda Savçenkonun cəza müddətini vətənində çəkə bilmək məsələsini həll edəcək.


Bu barədə məlumatı Rusiyanın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

`Ukrayna tərəfi Rusiyaya N.V.Savçenkonun təhvil verilməsinə razılığını bildirməlidir. Bundan əlavə, Ukrayna qanunvericiliyinə uyğun olaraq, Rusiya məhkəməsinin bu şəxs haqqında məhrumetmə qərarının yerinə yetirilməsi barədə qərar çıxarılmalı, bu qərar qüvvəyə minməli və rus dilinə tərcümə olunaraq, təqdim edilməlidir`, - məlumatda bildiirlib.

Bir qədər öncə Savçenkonun vəkili İlya Novikov isə qeyd edib ki, onun müvəkkili yaxın 1 ay ərzində vətəninə təhvil verilə bilər. Onun fikrincə, Rusiya tərəfi Savçenkonu Ukraynada məhkum olunmuş iki Rusiya vətəndaşına - Aleksandrov və Yerofeyevə dəyişəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1552


Oxşar xəbərlər