Suriyada iki erməni terrorçusu öldürüldü - SON DƏQİQƏ


16:26     22 Aprel 2016 ermeni%20terrorcu.jpg

Suriyanın Qamışlı bölgəsində terroristlərlə dövlət qüvvələri arasında baş verən atışma zamanı 2 erməni terrorçu öldürülüb.

Femida.az xəbər verir ki, bu haqda Suriyada erməni dilində çıxan "Qandzasar" qəzeti xəbər yayıb. Məlumata görə öldürülən ermənilər Tovmas Minasyan və Akop Manukyandır. Onların hava zərbələri zamanı öldürüldüyü bildirilir.

Daha sonra qəzet yazır ki, hərbi əməliyyatlar başlayana qədər Suriyada 60-70 minə yaxın erməni yaşayıb. Onların çox hissəsi Hələpdə, qalan hissələri isə Homsda, Qamışlıda və paytaxt Dəməşqdə yaşayıblar.

Xatırladaq ki, Ermənistan vətəndaşları Suriyada terror qruplaşmalarına qoşularaq muzdla döyüşürlər. Hətta terrorçuların sonradan Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirilməsi faktı da mövcuddur. Ermənistan ordusunun son günlər verdiyi itkilərdə də muzdlu döyüşçülərin olması bunun sübutu kimi göstərilə bilər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2036