AB-dən İsrailə zərbə: “Tanımırıq“


01:40     23 Aprel 2016 1461338710.jpg

Avropa Birliyi İsrail ərazilərini 1967-ci ilə qədərki sərhədlər daxilində tanıyır.



Femida.az xəbər verir ki, bu sözləri AB-nin ali nümayəndəsi Federika Moqerini deyib.

O, qeyd edib ki, AB Colan Təpələrini İsrailin ərazisi kimi tanımır.

Qeyd edək ki, Colan Təpələri 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında İsrail tərəfindən işğal olunub. İsrail 1981-ci ildə Colan təpələrini öz ərazisinə qatıldığını rəsmən elan edib.

Açar sözlər:

Oxunub: 1931