Zülfüqar Mikayılovun həbs müddəti uzadıldı


14:42     25 Aprel 2016 85cd6980ba0bea86a0fbaf84456f5f19.jpg

Nəsimi Rayon Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.



Femida.az-ın məlumatına görə, Z.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, DİN keçən il noyabrda Nardaradan baş verən hadisələrlə bağlı məlumat yayıb. Məlumata görə, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov başda olmaqda təşkilatın 14 üzvü həbs edilib. Onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

Açar sözlər:

Oxunub: 1510