Çernobıl hadisələrindən 30 il ötür


18:48     26 Aprel 2016 cernobil.jpg

Ukraynada Çernobıl nüvə qəzasının 30-cu ildönümü münasibətilə anım mərasimləri başlayıb.


Ölkədə 1986-cı ilin aprelin 26-da reaktorda birinci partlayışın baş verdiyi eyni anda sirenalar səsləndirilib. Zavodda böhran tarixdə ən dəhşətli nüvə fəlakəti olaraq qalır. Nəzarətsiz reaksiya dam örtüyünü uçurub və Ukrayna sərhədləri boyunca Rusiya, Belarus və şimali Avropaya radioaktiv material buludu yayılıb. Anım mərasimi nüvə zavodunun yaxınlığında yaşamış işçilər üçün evlər tikilmiş Slavutiç şəhərində keçirilir. Mərasimdə Ukraynanın prezidenti Petro Poroşenkonun iştirakı gözlənilir.

Radioaktivlik səviyyəsi ətraf sahədə hələ də yüksəkdir. "Belarusa Körpülər" xeyriyyə təşkilatı xəbərdarlıq edir ki, Ukraynanın sərhədinə yaxın rayonda doğulan uşaqlar hələ də ciddi deformasiyalarla anadan olur. Həmçinin, buradakı insanların çoxunda xərçəng xəstəliyinin nadir formaları yayılıb.

Bazar ertəsi bütün dünyada donorlar regionda yeni yeraltı nüvə tullantıları müəssisəsi üçün 99 milyon dollar söz verib. Ukrayna özü də bu layihə üçün 10 milyon avro xərcləməlidir. Ekspertlər ehtiyatlanırlar ki, əgər reaktorun hissələri yaşlanarsa, daha çox radioaktiv material atmosferə püskürmüş ola bilər. Təbii fəlakətdən ölənlərin sayı mübahisəli olaraq qalır. Hesab edilir ki, təxminən 30 nəfər ilkin böhran və xilasetmə əməliyyatında həlak olub.

2005-ci ildə dərc edilmiş BMT-nin hesabatında bildirilir ki, təxminən 4 min nəfər fəlakətin nəticəsi olaraq xəstəliklərə görə həlak ola bilər. Amma Greenpeace təşkilatı bəyan edib ki, BMT rəqəmi aşağı deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1195