Qarabağdan İrəvana 159 yaralı hərbçi gətirilib


21:54     28 Aprel 2016 13115305_10209510654509896_1810903064_n.jpg

Aprel ayında Qarabağ münaqişəsi zonasında baş verən toqquşmalar nəticəsində 159 erməni əsgər yaralanıb.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Yayılan məlumatda qeyd olunur ki, aprelin əvvəlində dördgünlük müharibə zamanı 125 erməni hərbçisi yaralanıb. Daha 34 nəfər isə aprelin 5-indən sonra təmas xəttində baş verən atışmalar nəticəsində yaralanıb.

“Ən son məlumata görə, artıq tibbi müəssislərində olan 87 erməni hərbçi oradan buraxılıb. Hazırda xəstəxanada olan erməni hərbçilərindən 8-nin vəziyyətinin ağır olduğu bildirilir” - deyə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Açar sözlər:

Oxunub: 6174