Allaha inanan rusların sayı artıb


14:36     29 Aprel 2016 rusiya19.jpg

Gündəlik həyatında Allaha inanan rusiyalıların payı son 25 ildə 18 faiz artaraq 2016-cı ildə 67 faiz təşkil edib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatında deyilir.

Mərkəzin məlumatına görə, 1991-ci ildən bu ilədək Rusiyada Allaha heç inanmayanların sayı 7 faiz, Allaha heç vaxt inanmayanların sayı isə 9 faiz azalıb.
Rəyi soruşulanların 46 faizi ölümdən sonrakı həyata, 50 faizi isə dini möcüzələrə inanır.

Qeyd edək ki, Mərkəz bu il aprelin 23-24-də Rusiyanın 46 bölgəsindəki 130 yaşayış məntəqəsində 1600 nəfərin fikrini öyrənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1688


Oxşar xəbərlər