“Gəlin, məğlub olduğumuzu deməyək“- Erməni deputat


19:46     29 Aprel 2016 hovik%20abr.jpg

“Biz döyüşlərdə məğlub olduğumuz haqda danışmayacağıq”.


Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində təmsil olunun müxalif Milli Konqres Partiyası fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

O, müxalifət liderlərini birliyə çağırıb: “İndi birləşmək hər şeydən önəmlidir. Bizdən öz vətənimizin məğlub olduğu haqda danışmağı gözləməyin. Bizi istəməyənlərə bu həzzi yaşatmayacağıq”, - deyə Zurabyan bildirib.

Onun sözlərinə görə, hazırki vəziyyətdə müxalifət arasında birlik vacibdir. Erməni deputat həmkarlarına səslənərək cəbhəki sonuncu döyüşlərdə Ermənistanın məğlub olması haqda çıxışlar etməməyi tövsiyə edib.

Açar sözlər:

Oxunub: 3193