Mayda əfv olacaq?


19:57     30 Aprel 2016 novella%20c.jpg

“Biz tədbirlər keçiririk, siyahımızı yeniləyirik. Gözləyək, görək nə olacaq. Amma, hələlik əfv sərəncamının veriləcəyini gözləmirik”.


Bu sözləri Femida.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, may ayında əfv sərəncamının veriləcəyi gözlənilmir.

Qeyd edək ki, ölkə başçısı sonuncu əfv sərəncamını Novruz bayramı ilə əlaqədar imzalayıb. Həmin sərəncam 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1524


Oxşar xəbərlər