Cəbhədə 16 mina zərərsizləşdirildi - Foto


03:45     02 May 2016 mina2.jpg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.



ANAMA-dan Femida.az -a verilən məlumata görə, Tərtər rayonunun Buruc kəndində 2 ev və həyətyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçrilib, tam partlamış sursatın qalıqları aşkar edilib, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12.000 kv.m ərazi təmizlənib.

Köçərli kəndində 4 otlaq sahəsinə baxış keçirilib, 4 partlayış çalasından hər birində 1 ədəd top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.

Qarağacı kəndində orta məktəbin həyətində 2 çalaya, 2 ev və həyətyanı sahənin hər birində 1 çalaya baxış keçirilib. 16.000 kv.m ərazi təmizlənib.

Ümumiliokdə 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçrilib. Nəticədə 10 partlayış yeri aşkar edilib, 28.620 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonunun Əlixanlı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.

Cəmi 3 əkin sahəsində 3 partlayış yeri, 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

1 may 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəb də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29.020 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 1 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 391 ev və həyətyanı sahə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 11 əkin sahəsi, 4 otlaq sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 892