Putinin Bakı səfəri: Azərbaycan Avrasiya İttifaqına qoşulur?


21:54     16 İyun 2015 96945%20(1).jpg

“Putin Türkiyə və Azərbaycanı Avrasiya İttifaqına daxil etməyə çalışır”

Bu barədə Femida.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb.Azərbaycana və Türkiyənin strateji mövqeyinin Rusiya üçün əhəmiyyətindən danışan sabiq dövlət müşaviri, rəsmi Moskvanın hər iki dövlətlə münasibətləri qorumağa borclu olduğunu deyib. Politoloq bildirib ki, Rusiya bu əməkdaşlıqla indiyə qədər itirdiklərinin yerini doldura bilər.

“Rusiya NATO-ya və Avropa Birliyinə daxil olan ölkələri öz siyasi xəttindən qoparıb özünün yeni yaratmaq istədiyi Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşmağa çalışır. Rusiyanın Azərbaycan və Türkiyənin hər iki ittifaqa daxil olması barədə öz istəyini bildirməsi əbəs yerə deyil. Putin Dağlıq Qarabağ probleminin həllində səy göstərməyə, Bakı və Ankara ilə iqtisadi əlaqələr qurmağa məcburdur. Çünki, bu, Rusiyanın da işinə yarayır. Türkiyə ilə də bu istiqamətdə danışıqlar gedir. Amma danışıqların nəticələri haqqında hələ ki, bir fikri söyləmək çətindir. Çünki, Türkiyənin özündə hökumət qurulması və daxili sabitliyin bərqərar edilməsi istiqamətində müəyyən çətinliklər var. Hər halda danışıqların uğurla keçirildiyi qeyd edilir”.



Qabil Hüseynli Putinin Bakı səfərində işgüzar görüşlərə toxunulduğunu da deyib:

“Putinin Avropa Oyunların açılış mərasimində iştirak etməkdə əsas məqsədi Ərdoğanla danışıqlar idi. “Türk axını” layihəsi deyilən,yəni Ukraynadan yan keçməklə Avropa bazarlarına çıxmağı məqsəd qoymuş Rusiya, Türkiyə ərazisindən və dəniz dibindən yeni qaz kəməri çəkir. Putin Türkiyənin həmin müqaviləyə nə qədər sadiq qalabiləcəyini öyrənirdi. Danışıqlar bu istiqamətdə getdi. İkitərəfli ticarət münasibətləri barəsində də geniş fikir mübadiləsi aparıldı”.

Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün ünəsas mövzusunun Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən politoloq, önəmli məqamlara da aydınlıq gətirib.

“Uzun müddətdir ki, Azərbaycan-Rusiya arasında Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi danışıqlar gedir. Dağlıq Qarabağ hüdudlarından kənardakı yeddi rayonun geriyə qaytarılması istiqamətində danışıqlar gedir. Rusiyanın bu barədə fikri müsbətdir və hər iki ölkə arasında ortaq görüş formalaşıb. Ancaq Ermənistan tərəfi müqavimət göstərməkdədir. Əsas İrəvanı bu fikrə razı salmaqdır. Bu Rusiyanın təzyiqlərindənvə təkliflərin də asılıdır. Rusiya bir sıra şərtlər irəli sürür. Şərtlərin içərisində Dağlıq Qarabağ ərazisində Rusiya qoşunlarını sülhməramlı qüvvələr kimi yerləşdirilməsi məsələsi də var. Azərbaycan buna qətiyyən razı olmur.

Sentyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Bu görüş məsələyə münasibətin bütün aspektlərini ortaya çıxaracaq və Rusiyanın bu məsələdə oyandığı rola aydınlıq gətirəcək”.



Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2394