Pensiyanın orta aylıq məbləği nə qədərdir?


20:33     03 May 2016 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aprelin 1-inə olan məlumatına əsasən, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfər təşkil edir. Onlardan 536659 nəfəri kişi, qalanları qadınlardır.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa, 375884 nəfəri əlilliyə, 145792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Beləliklə, əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb.

Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

Açar sözlər:

Oxunub: 867


Oxşar xəbərlər