Bərzani “Müstəqil Kürdüstan”ın qurulacağı tarixi - AÇIQLADI


22:35     16 İyun 2015 kurdistan_region_president_masoud_barzani_mb.jpg

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani “Müstəqil Kürdüstan”ın qurulması tarixini elan edib.

“Rudaw” saytına müsahibə verən Məsud Bərzani bu posta yenidən seçiləcəyi halda 2 il ərzində “Kürdüstan”ın müstəqilliyini elan edəcəyini bildirib.

Xatırladaq ki, Bərzani ötən ayın əvvəlində ABŞ-da bir həftəlik səfərdə olub. Kürd liderin keçirdiyi görüşlərdə əsas müzakirə mövzusunun müstəqil kürd dövlətinin yaradılması olduğu deyilir. Ağ Evdən verilən açıqlamalarda Vaşinqtonun bütöv İraqın tərəfdarı olduğu bildirilsə də, ABŞ-dan qayıdan Bərzani prosesin dönməz olduğunu bəyan etdi.

Səfərdən bir həftə əvvəl kürd bölgəsindəki siyasi partiyaların nümayəndələri ilə görüşündə vurğulayıb ki, İŞİD-ə qarşı döyüşdən sonra ABŞ-ın müstəqil kürd dövləti mövzusunda siyasəti dəyişib. “Amerika üç kvadratmetr ərazidə qurulacaq bir kürd dövlətinə də qarşı deyil”, - Bərzani bildirib.

Açar sözlər:

Oxunub: 921