Kartofa tələbat artıb


23:00     05 May 2016 kartof.jpg

Gədəbəy fermerləri arasında ən populyar bitki kartofdur.


Əkinə yararlı 15 min hektar torpaq sahəsinin 10 min hektardan çoxunda kartof əkilir. Ötən il rayonda səpin aparılan bu ərazidən 106 min ton kartof yığılıb. Rayonda kartof əkininə olan maraq hər il artsa da bir məsələ var ki, çoxlarını narahat edir. Rayonda uzun illərdir əkilən və sınaqdan çıxmış yerli sortlara maraq tədricən azalır. Fermerlər son illər daha çox xaricdən gətirilən toxumlara üstünlük verir.

Təkcə bu ilki səpin üçün fermerlər rayona 500 tondan artıq xarici toxumluq gətiriblər. Bəzi mütəxəssislər bunun mənfi tendensiya olduğunu bildirsələr də təcrübəli fermerlər əmindirlər ki, narahat olmağa dəyməz. Fermerlərin fikrincə, xarici kartof sortları da bir neçə il əkildikdən sonra tədricən rayonlaşdırılaraq yerli sortlara çevriləcək bu kartoflarda həm dad həm də keyfiyyət baxımından əvvəlkilərdən fərqlənməyəcək. Gədəbəy kartofu isə bundan sonra da öz dadına görə seçiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 926