ABŞ:Dağlıq Qarabağın “müstəqilliyini” tanımırıq


13:08     06 May 2016 abs%20dovlet.jpg

ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır.


Femida.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinqdə deyib.

“Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner vurğulayıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ab-havada danışıqlar masası arxasına oturmağa çağırır.

Femida.az

Açar sözlər:

Oxunub: 1854