Səlim Müslümov söz verdi - “İxtisar olmayacaq“
23:07 07 May 2016
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nazirliyə birləşdirilməsindən sonra işçilərin ixtisar olunacağı ilə bağlı məsələlərə aydınlıq gətirib.
Femida.az xəbər verir ki, S.Müslümov jurnalistlərə açıqlamasında DSMF-nin ƏƏSM-ə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacağını deyib:
Nazir qeyd edib ki, birləşmə nəticəsində kənarda qalan işçi qüvvəsindən əsasən məşğulluq mərkəzlərinin kompleksləşdirilməsində istifadə ediləcək: "Məsələyə Maliyyə Nazirliyi ilə birgə baxılıb. Ayrı-ayrı strukturlar, həm onların aparatları, həm də yerli orqanları təkrarən nəzərdən keçirilir.
Optimal variant olaraq müvafiq təkliflər paketi hazırlanıb. Hazırda həmin təkliflər paketinə Prezident Administrasiyasında baxılır. Son variant hazır olan kimi Prezident İlham Əliyevə təqdim ediləcək".
Femida.az
Oxunub: 1226
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda