3 jurnalistə edam cəzası verildi


04:10     08 May 2016 GAZETECI.jpg

Misirdə “Qətər adına casusluq” cinayət işi üzrə üçü jurnalist olmaqla 6 müttəhimə edam cəzası verilib.


Femida.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Qahirə Cəza Məhkəməsi jurnalistlər Esma Hatib, İbrahim Məhəmməd Hilal (“Əl-Cəzirə”nin ərəb bölməsinin rəhbəri) və Ala Ömər Seblan (“Əl-Cəzirə”) haqqında edam cəzası verib.

Qeyd edək ki, Misirin keçmiş Prezidenti Məhəmməd Mursi də “Qətər adına casusluq” cinayət işi üzrə ittiham olunur. Onun bu iş üzrə iyunun 18-də məhlkəmə qarşısına çıxacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 873