Kürd dövləti yaradılır - Türkiyə ilə danışıqlar olacaq


03:40     08 May 2016 iraq%20kerdleri%20soysuzlar.jpg

“İraq əhalisini qorumaq iqtidarında deyil. İŞİD terror təşkilatının ölkənin iri şəhərlərini tutması da bunu təsdiq etdi. Bu səbəbdən İraq Kürd Muxtar Regionu müstəqillikləri barədə referendum keçirəcək”.


Femida.az xəbər verir ki, bunu muxtar regionun Milli Təhlükəsizlik Şurasının rəhbəri Məsud Bərzani “The Washington Post” qəzetində dərc edilən məqaləsində təsdiq edir.

Onun fikrincə, İraq konseptual uğursuzluqdur, buna görə də ümumi ortaqlığı olmayan ölkə vətəndaşları qeyri-müəyyən gələcəyi bölüşmək məcburiyyətində qalıblar: “Etiraf etməyin vaxtı çatıb ki, bu eksperiment işləmədi. İraq baş tutmayan dövlətdir və bizim orada davam edən iştirakımız hamımızı sonsuz münaqişə və nifaqa sövq edir”.

M. Bərzani qeyd edib ki, referendum keçirməzdən əvvəl xoşluqla ayrlmaq üçün rəsmi Bağdadla danışıqlar baş tutacaq: “Bu proses artıq başlayıb. İraq kürdləri məsələ ilə bağlı Türkiyə və İranla danışıqlar aparmağı da planlaşdırır”.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 3693