Məkkədə atışma olub


18:30     08 May 2016 mekke0.jpg

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları Məkkə şəhəri yaxınlığında yerləşən Ət-Taif rayonunun polis bölməsi qarşısında terror aktının qarşısını alıb. Atışma zamanı bir güc strukturu əməkdaşı ölüb.


Bu barədə Krallığın Daxili İşlər Nazirliyinə istinadən yerli "Əl-İhbariyə" dövlət telekanalı məlumat yayıb. DİN rəsmisinin məlumatına görə, gecə saatlarında iki naməlum şəxs bölmə yaxınlığındakı avtomobil parkına daxil olmağa cəhd göstərib.

"Polisləri görən canilər onlara atəş açıblar, Sonra isə dağ kəndləri istiqamətində maşınla aradan çıxıblar. Orada onları taparaq mühasirəyə almaq mümkün olub. Əməliyyat zamanı kamikadze kəməri və partlayıcı maddələr götürülüb. Atışma zamanı sıravi polis işçisi Səid əl-Harisi ölüb", - deyə o bildirib.

Açar sözlər:

Oxunub: 1322