Avaralar həbs olunacaq


20:00     01 Sentyabr 2016 arrested.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olan şəxs dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

Hazırda ölkəmizdə tüfeyli həyat tərzi sürən bu cür insanlara rast gəlmək mümkündür. Bu kateqotiyaya aid şəxslərin bir çox hallarda nə yaşamağa evi, nə də çalışmaq üçün iş yerləri olur. Elə hallar olur ki, tüfeyli həyat tərzi sürənlər cinayətkar əməllərə meyillənirlər. Bu kimi halların qarşısını almaq üçün hüquq-mühafizə orqanları müvafiq tədbirlər görür.

Vəkil Asif Abdullayev bildirir ki, avaralıqla məşğul olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilər:

“İnzibati Xətalar Məcəlləsinin 523.1.-ci maddəsinə əsasən, bu cür şəxslərə xəbərdarlıq edilir və ya işin hallarına görə, avaralıqla məşğul olan şəxsin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir.



Yetkinlik yaşına çatmayan şəxsi avaralığa cəlb edən yetkinlik yaşına çatmış şəxsi isə əlli manatdan doxsan manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs gözləyir”.

Qeyd edək ki, bu gün Bakıda dilənçiliklə məşğul olan 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5077


Oxşar xəbərlər