Rusiyanın İrəvandakı səfiri müharibədən danışdı


23:32     09 May 2016 1462798767.jpg

Müharibə dəhşətli şeydir, dinc əhalinin həlak olması isə daha dəhşətlidir.



Femida.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin deyib.

O, bundan əvvəl də müharibə şəraitində olan ölkədə səfir kimi çalışdığını xatırladıb: “Yuqoslaviyada hərbi əməliyyatlar zamanı orada səfir işləyirdim. Müharibə dəyşətli şeydir, dinc əhalinin həlak olması isə daha dəhşətlidir. Hərbçiləri anlamaq olar, ancaq dinc əhali heç nədə günahkar deyil. Bu, sadəcə dəhşətlidir”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin aprel ayında Azərbaycan kəndlərini atəşə tutması nəticəsində 6 mülki şəxs həlak olub, 26 nəfər isə yaralanıb. Ağdam və Tərtər rayonlarında bu müddət ərzində ümumilikdə 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ziyan dəyib, 100-dən artıq ev isə tamamilə dağılıb.


Ermənilər Ağdamın Əfətli kəndində fermer təsərrüfatında isə onlarla iribuybuzlu heyvanı öldürüb, 30-a yaxın heyvanı isə yaralayıblar.

Açar sözlər:

Oxunub: 1037