Mingəçeviri su basdı - Tələfat var


14:40     11 May 2016 e3186eb14a72a6b5d479a617624f3016.jpg

Mingəçevir şəhərini sel basıb, evlərin zirzəmiləri, həyətlər lillə örtülüb, küçələrdə keçilməz gölməçələr yaranıb.


Femida.az APA-ya istinadən xəbər verir, iki gündür ki, yağan leysan yağışları nəticəsində yaranan sel suları Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində fərdi evlərin zirzəmisinə dolub, həyətlərdə və küçələrdə keçilməz su gölməçələri yaranıb.

Şəhərin şimalındakı dağlardan gələn sel suları həyətyanı sahələrdə vətəndaşlara məxsus tərəvəz sahələrini, ev quşlarını tələf edib. Şəhərin daxilindən keçən su arxlarının, eləcə də Havarlı suvarma kanalının suyu daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. İnsanların küçələrdə piyada, hətta avtomobillə gediş-gəlişi çətinləşib. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları “Günəşli” yaşayış massivində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Kanalizasiya boruları palçıqla dolduğu üçün həyətlərə və evlərin zirzəmisinə yığılan suyu çəkib götürmək işi də çətinləşib. Həyətlərə dolan çirkli sular motor vasitəsilə çəkilərək arxlara axıdılır. Gələcəkdə ərazidə yenidən baş verə biləcək sel təhlükəsinin qarşısının alınması üçün su kanallarının lil və çöküntülərdən təmizlənməsinə başlanılıb və bu məqsədilə əraziyə ağır texnikalar cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1408