Loru mahalından ən son FOTOLAR


16:20     11 May 2016 irevan%20118.jpg

Ermənilər tarixi Azərbaycan torpağı olan Loru mahalından yeni fotolar yayıb.


Ermənilər Ağtala qalasının şəklini paylaşaraq əslində bu torpaqlara sonradan yiyələndiklərini qəbul etmiş olurlar. Çünki həm Loru mahalı, həm də həmin mahal ərazisində tikilmiş Ağtala müdafiə istehkam qalası tarixən Azərbaycana məxsus olub.

Femida.az xəbər verir ki, Ağtala qalası Şəddadilərin və Atabəylərin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Qalanın adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Adından da göründüyü kimi qala kompleksi türklərə məxsusdur.

Loru mahalının qısa tarixçəsi …

Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyasıyaradıldı. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. LoruBorçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlıvə İran hücumlarına məruz qaldığı yazılır.
1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir.1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası (əslində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatıldı. Beləliklə Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonu şəklində öz əksini tapdı.











Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4722


Oxşar xəbərlər