“İŞİD-ə dəstək verdiyimizi söylədilər” - Ərdoğan


18:27     11 May 2016 basbakan_erdogandan_feyziogluna_sert_sozler13999757180_h1157437.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Balkan ölkələri Baş Qərargah rəislərinin 10-cu konfransında çıxış edib.


Femida.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti çıxışında İŞİD-lə mübarizədə Türkiyəyə dəstək verilmədiyini deyib:

“İŞİD-lə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni İŞİD-ə yardım edən dövlət kimi göstərmə alçaqlığına gedənlər oldu”.

O bildirib ki, İŞİD-ə ən böyük zərbələri məhz Türkiyə vurub: “Belə bir ölkə İŞİD-ə necə dəstək verə bilər? Biz İŞİD-in əlindəki silahların kimə aid olduğunu bilirik. Bir çox dost ölkəyə “bu silahları oraya atmayın” dedik, həmin silahların yarısı İŞİD-ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə dinclik gəlməyəcək. Sərhədlərimizin o biri tərəfinin terror təşkilatlarının sığınacağı halına gəlməsinə qarşı zəruri addımlar atmaqda qərarlıyıq”.

Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edir.

basbakan_erdogandan_feyziogluna_sert_sozler13999757180_h1157437.jpg

Açar sözlər:

Oxunub: 1085


Oxşar xəbərlər