Koçaryan da Qarabağa gəldi


00:39     12 May 2016 151006144531_robert_kocharyan_624x351.jpg

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər edib.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Koçaryan Azərbaycan torpaqlarında işğalçı `lider` Bako Saakyanla görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş dörd günlük müharibə və onun nəticələri geniş müzakirə olunub.

Xatırladaq ki, mayın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da işğal altındakı Qarabağa səfər etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1715