“Atəşkəs“in 22-ci ildönümü tamam olur


14:17     12 May 2016 1462780905_ates12.jpg

Atəşkəs barədə Bişkek protokolunun qüvvəyə minməsindən 22 il ötür.


Femida.az xəbər verir ki, 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş — “Bişkek protokolu" qüvvəyə minib.

Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı.

Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.

Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1328


Oxşar xəbərlər