Sabah 32 dərəcə isti olacaq


22:09     14 May 2016 1360271244_hava-haqqinda.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb.


Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 23-28, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1051