Deputatımız TÜRKPA-nın iclaslarına qatılacaq


03:20     15 May 2016 cavansir.jpg

Mayın 17-də Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçiriləcək. Milli Məclisin deputatı Cavanşir Feyziyev tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək.


Bu barədə Femida.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda kiber cinayətkarlığa qarşı mübarizə, üzv ölkələr arasında hüquqi çərçivənin və əməkdaşlığın inkişaf etdirilməsinə dair hesabat məruzəsi və bir sıra digər məsələlər müzakirə olunacaq.

Səfər mayın 19-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1255