Banqladeşdə ildırımdan 50 nəfər öldü


03:14     15 May 2016 ildrim.jpg

Banqladeşdə son iki gündə ildırım vurması nəticəsində 50 nəfər ölüb.


Femida.az BBC-yə istinadən xəbər verir ki, ölənlərin çoxu fermerlər olub.

Məlumata görə, qurbanlar arasında Dəkkə şəhərində futbol oynayan 2 şagird və manqo toplayan 1 uşaq da olub.

Mütəxəssislərin fikrincə, havanın tempraturunun artması və meşəliklərin məhv edilməsi ildırımların tez-tez düşməsinə səbəb olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1111