Fuad Qəhrəmanlıya qarşı daha bir ittiham
20:41 16 May 2016
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hazırda Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham olunur.
Femida.az xəbər verir ki, bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bu gün F.Qəhrəmanlıya qarşı CM-in 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xadırladaq ki, keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
Bundan əvvəl F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxunub: 1040
Oxşar xəbərlər
- Fuad Poladov xərçəng xəstəliyinə tutulub
- Fuad Əhmədliyə hökm oxundu
- Fuad Qəhrəmanlının məhkəməsi keçirilib
- Fuad Qəhrəmanlının ekstremist statusu yenidən gündəmdə - FOTO
- Fuad Qəhrəmanlının həbs müddəti yenidən artırıldı
- Fuad Qəhrəmanlı həbsdə qaldı
- Fuad Qəhrəmanlının vəsatətləri təmin edilmədi
- Fuad Qəhrəmanlı həbsdə qaldı
- Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb
- Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT